DÇ-2022 üçün tikilən ikinci stadionun açılışı olub

 09:07 17.05.2019     456

Qətərdə futbol üzrə Dünya Çempionatı-2022 üçün tikilən "Əl-Vakra" adlı ikinci stadionun açılışı olub.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, stadionun açılış mərasimində Qətər Əmirinin Kubokunun final oyunu keçirilib. Finalda "Əl-Duhayl" "Əl-Sədd" klubunu 4:1 hesabı ilə məğlub edib.

Zaha Hədid tərəfindən hazırlanan stadion 40 min azarkeş tutumuna malikdir. Stadionun tikintisinə 575 milyon dollar vəsait xərclənib.

Vumart və Güvən reklamı Vumart Güvən