Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb

 12:45 17.05.2019     408

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb.

Redaktor.az-ın məlumatına görə, gimnastların böyüklər üzrə fərdi proqramda halqa və topla hərəkətlərdə çıxışları olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Vumart və Güvən reklamı Vumart Güvən