Azərbaycanın bədii gimnastı Avropa çempionatında finala vəsiqə qazanıb

 19:22 17.05.2019     439

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında finala yüksəlib.

Redaktor.az-ın məlumatına görə, idmançı təsnifat mərhələsində halqa ilə hərkətlərdə 20.050 xal toplayaraq 8-ci yeri tutub. Bu isə onun finala çıxması üçün yetərli olub. Veronika Hudis isə halqa ilə hərəkətlərdə 18.250 xalla 19-cu pillədə qərarlaşıb.

Zöhrə Ağamirova topla hərəkətlərdə eyni xalı toplasa da, 9-cu olub və finala yüksələ bilməyib. Veronika Hudis isə 17.900 xalla 26-cı yeri tutub.

Qeyd edək ki, bu yarışların finalları mayın 19-da keçiriləcək. Daha öncə gənclərdən ibarət Azərbaycan millisi də halqalar ilə kompozisiyada həlledici mərhələyə vəsiqəni təmin edib. Həmin final da mayın 19-da keçiriləcək. 

Vumart və Güvən reklamı Vumart Güvən