"Araz" Azərbaycan çempionu oldu
Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.
Redaktor.az-ın məlumatına görə, həlledici oyunda “Araz” və “Xəzər Cənub” komandaları üz-üzə gəlib. 4:1 hesabı ilə qələbə qazanan “Araz” ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirib.
Üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medala sahib olub.
Rüfət Xəlil / Redaktor.az












