Yığmamız Gürcüstana qalib gəlib

 12:15 18.05.2019     346

Voleybol üzrə Azərbaycan milli komandaları yoxlama görüşləri keçiriblər. 

Redaktor.az-ın məlumatına görə, təmsilçilərimiz Bakıda təlim-məşq toplanışında olan Gürcüstan yığmaları ilə qarşılaşıblar. 

Belə ki, qadınlardan ibarət komandamız gürcüləri yoxlama oyununda 4:0 hesabı ilə məğlub ediblər. Kişilərdən ibarət millimiz isə Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. 

Komandalar arasında daha bir sınaq görüşü də nəzərdə tutulub.