DƏHŞƏTLİ HADİSƏ: Onlarla futbolçu faciəvi şəkildə öldü - VİDEO

 14:43 20.05.2019     1616

Uqandanın qərbindəki Albert çayında futbolçuların olduğu gəmi qəzaya uğrayıb.

Redaktor.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 30 idmançı həyatını itirib. Çox sayda insan itkin düşüb. Onların axtarışları davam edir. Dərhal əraziyə cəlb edilən sahil mühafizə xidmətinin əməkdaşları 10 sərnişini xilas edib.

Hadisə zamanı gəmidə dəqiq neçə nəfərin olduğu məlum deyil. Futbolçuların hansı komandanın üzvləri olduğuna dair açıqlama verilməyib. 

Güman edilir ki, qəzaya gəminin nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.

Anar Türkeş / Redaktor.az