Azərbaycan millisinin Qran-pri üçün heyəti müəyyənləşib

 11:00 21.05.2019     361

Mayın 24-26-da Çinin Hannot şəhərində cüdo üzrə Qran-pri keçiriləcək. 

Redaktor.az-ın məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edəcək. 

Məşqçilər korpusu Qran-pridə Kəramət Hüseynov, Tofiq Məmmədov (hər ikisi 60 kq), İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov (hər ikisi 73 kq), Zelim Kotsoyev (100 kq) və Aleksandra-Larisa Floriana şans verəcək. 

Turnirə ümumilikdə 44 ölkədən 345 (192 kişi, 153 qadın) cüdoçunun qatılması gözlənilir.