Avropa Liqasının final matçına bilet satışı BAŞLADI

 14:20 21.05.2019     372

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışının növbəti mərhələsinə start verilib. 

Redaktor.az bildirir ki, matçı canlı izləmək istəyənlər üçün 4-cü mərhələ başlayıb. 

Biletləri “Port Baku Mall”, “28 May Mall”, “Gənclik Mall” və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.

Qeyd edək ki, mayın 29-da baş tutacaq qarşılaşmada "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.