Henrik Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal” açıqladı

 15:23 21.05.2019     464

İngiltərənin “Arsenal” klubu erməni futbolçu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı qərarını açıqlayıb. 

Redaktor.az ONA-ya istinadən bildirir ki, London klubunun saytında dərc olunan məlumatına görə, yarımmüdafiəçi mayın 29-da “Çelsi” ilə ölkəmizdə baş tutacaq oyuna gələcək heyətdə yer almayacaq. 

Klub bəyan edib ki, futbolçunun Bakıdakı iştirakı ilə bağlı bütün variantlar müzakirə olunub. Onun özü və ailəsi ilə danışıqlardan sonra H. Mxitaryanın səfərə getməməsi ilə bağlı razılıq əldə olunub. Klub rəhbərliyi bu barədə UEFA-nı da məlumatlandırıb.