“Arsenal” Bakı səfəri öncəsi açıq məşqə çıxıb - VİDEO

 16:20 21.05.2019     434

İngiltərənin “Arsenal” klubu Avropa Liqasının Bakıda keçiriləcək final oyununa hazırlığı davam etdirir.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, paytaxt təmsilçisi bu gün mətbuat üçün açıq məşq keçirib. 

Hazırlıq prosesi “London Colney” təlim-məşq bazasında gerçəkləşib. Məşqin bir saatı KİV nümayəndələri üçün açıq olub. 

Bakı vaxtı ilə saat 17:30-da isə “topçular”ın baş məşqçisi Unay Emeri mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. 

“Arsenal”ın mayın 29-da keçiriləcək finaldakı rəqibi “Çelsi” təlim-məşq bazasının qapılarını mayın 22-də media nümayəndələrinin üzünə açacaq. 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq.