“Bakının Mxitaryanla bağlı verdiyi təminata inanıram, ancaq onu məcbur edə bilmərəm” - Unai Emeri

 18:14 21.05.2019     419

“Bu çox şəxsi bir məsələdir və Henrix Mxitaryanın şəxsi qərarıdır. Buna hörmət etməliyik”. 

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, bunu “Arsenal” klubunun baş məşqçisi Unai Emeri keçirdiyi mətbuat konfransında deyib. 

Toplantıda Azərbaycan hökumətinin “Arsenal”ın erməni oyunçusu Henrik Mxitaryanın Bakıda təhlükəsizliyinə təminat verildiyi qeyd olunub. Baş məşqçidən bunun nə dərəcədə inandırıcı olmasına münasibət öyrənilib. 

İspaniyalı mütəxəssis bildirib ki, təhlükəsizliklə bağlı təminata inanır: “Mən onlara inanıram. Ancaq bu səhər Mxitaryanla da danışdım. Bu şəxsi qərardır. Mən ona hörmət edirəm. Onun bizimlə olmasını istəyərdim. Onun ailəsi və özüylə danışıldıqdan sonra belə bir qərar verildi. Onu özümüzlə gəlməyə məcbur edə bilmərəm. Çünki mən ona və qərarlarına hörmət edirəm. Bu mənim əlimdən gələn bir şey deyil”. 

Qeyd edək ki, Avropa Liqasının Bakıda keçiriləcək finalında "Arsenal" "Çelsi" ilə oynayacaq. Matç mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.