Gürcüstanda danışılmış oyuna görə saxlanılan futbolçulardan 4-ü həbs edilib

 12:29 22.05.2019     437

Gürcüstanda danışılmış oyuna görə saxlanılan 11 futbolçulardan 4-ü məhkəmə qərarı ilə həbs edilib. 

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, futbolçuların məhkəməsi bu gün səhər yerli vaxtla saat 10:00-da baş tutub. 

Peşəkar idmançıların rüşvətə cəlb edilməsi iddiası ilə keçirilən məhkəmədə hakim digər 7 oyunçunun hər birinə 10 min lari (3 min 630 dollar) məbləğində cərimə təyin edib.

Qeyd edək ki, saxlanılanlardan 8-i müxtəlif klubların təmsilçisi, 3-ü isə karyerasını bitirmiş futbolçulardır. Onların danışılmış oyunlardan ümumilikdə 93,5 min lari (34 min dollar) əldə etdiyi bildirilir.