SON DƏQİQƏ! Məşhur futbolçu HƏBS EDİLDİ

 20:06 22.05.2019     1582

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona Buenos-Ayres hava limanında həbs edilib.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, 58 yaşlı Maradona keçmiş sevgilisinə 5 milyon dollar borcu səbəbindən saxlanılıb. Hadisə keçmiş futbol ulduzunun Meksikadan geri qayıtdığı gün baş verib.

Qeyd edək ki, bundan bir müddət əvvəl Maradona Venesuela prezidenti Nikolas Maduroya dəstək verdiyinə görə Meksika Futbol Federasiyası tərəfindən cəzalandırılmışdı.

Rüfət Xəlil / Redaktor.az