FİFA DÇ-2022 iştirakçılarının sayını artırmayacaq - 48 komandalıq sistem qəbul edilmədi

 01:59 23.05.2019     425

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında 32 milli yığma komanda iştirak edəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, yığmaların sayının 48-ə çatdırılması təsdiqlənməyib

FİFA  turnirin bir neçə qarşılaşmasının Qətərdən kənarda keçirilməsi təklifini də qəbul etməyib.

Qeyd edək ki, Qətərdə dünya çempionatı 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək. 

Rüfət Xəlil / Redaktor.az