"Bakıda görüşənədək" - Məsut Özil

 20:26 22.05.2019     366

İngiltərənin "Arsenal" klubunun ulduz futbolçusu Məsut Özil Bakıda keçirəcəkləri Avropa Liqasının final matçından öncə azərbaycanlı azarkeşlərə müraciət edib. 

Redaktor.az-ın məlumatına görə, türkəsilli yarımmüdafiəçi "Twitter" hesabında finala bir həftənin qaldığını xatırladıb.

"Biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək" yazan Özil 2018-ci il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan və paytaxt gəzintisindən fotolarını paylaşıb. 

Qeyd edək ki, final matçı mayın 29-da keçiriləcək.