Çempion "Qalatasaray" mövsümü məğlubiyyətlə başa vurdu

 06:36 25.05.2019     395

Futbol üzrə Türkiyə Super Liqasında sonuncu tura start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma olub. 

Ötən tur çempionluğunu rəsmiləşdirən “Qalatasaray” səfərdə “Sivasspor”a uduzub - 3:4. 

Gümüş medalın sahibi “Başakşəhər” “Alanyaspor”la ev oyunundan heç-heçə ilə ayrılıb - 1:1.

“Beşiktaş” isə  “Kasımpaşa”nı qəbul edib və 3:2 qalib gəlib.

Rüfət Xəlil / Redaktor.az