İspaniya kubokunun qalibi məlum oldu - VİDEO

 09:01 26.05.2019     393

İspaniya kubokunun 2018/19 mövsümünün qalibi müəyyənləşib. 

Redaktor.az Oxu.Az-a istinadən xəbər verir ki, finalda “Valensiya” ilə “Barselona” komandaları üz-üzə gəlib. 

Gözlənilənin əksi olaraq “Valensiya” cari İspaniya çempionu “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, “Valensiya” 100 illiyini qeyd etdiyi bu ildə səkkizinci dəfə bu kuboku qazanıb.