Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş peşəkar boks gecəsi keçirilib - FOTOLAR

 12:20 27.05.2019     981
Almaniyanın Vaysvasser şəhərində yerli şirkət olan "Peter Pelk" və Azərbaycan şirkəti "AKK Promotion"nın təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş peşəkar boks gecəsi keçirilib.
 
Redaktor.az xəbər verir ki, gecədə "AKK Promotion" 2 idmançı ilə təmsil olunub. Qalanlar isə yerli və xarici idmançılar olub. "AKK Promotion"dan Samir Hacıyev reytinq xarakterli 4 raundluq döyüşdə belaruslu rəqibini məğlub edib.
Gecənin ən titullu və yaddaqalan döyüşü isə "AKK Promotion"nın boksçusu Roman Zakirov və Ukrayna idmançısı Taras Golovaşenko arasında baş tutub. Roman Zakirov İBO Beynəlxalq kəməri və Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) Beynəlxalq kəməri uğrunda 10 raundluq döyüşün 5-ci raundunda Texniki Knockoutla qələbə qazanıb.
 
 
 
Vumart və Güvən reklamı Vumart Güvən