Sabah tamaşaçıların Bakı Olimpiya Stadionuna haradan daşınacağı yer açıqlanıb

 17:44 28.05.2019     374

Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsilə həyata keçiriləcək.

Redaktor.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin ONA-ya veridyi məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspress xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanacaq və proses saat 23:00-dək davam edəcək.