Finala cəmi 100 bilet qalıb

 11:43 29.05.2019     407

UEFA Avropa Liqasının final matçına cəmi 100 bilet qalıb.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, satışdakı 62 min biletdən yalnız 100-ü qalıb. Lakin AFFA rəsmisi bunu da vurğulamağı unutmayıb:

“Bildiyiniz kimi, əvvəl UEFA biletlərin 21500-nü onlayn qaydada satışa çıxarmışdı. Bunların hamısı satıldı. Amma bu, o demək deyil ki, stadion tam dolu olacaq. Çünki bu finala Avroliqanın yarımfinal iştirakçılarından “Ayntraxt” və “Valensiya”nın da çıxmaq şansı vardı.

Bu iki komandanın azarkeşləri isə əvvəldən finala bilet almışdı. Ola bilsin ki, həmin alman və ispan azarkeşlər Bakıdakı oyuna gəlməsin”.

Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.