Avroliqanın final oyunu ilə əlaqədar radiotezlik spektrinin qorunması gücləndirilib

 18:34 29.05.2019     338

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar radiotezlik spektrinin qorunması gücləndirilib.

Redaktor.az ona.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Radiotezliklər İdarəsindən bildirilib.

Stadion ərazisində İdarənin Radiomonitorinq şöbəsi tərəfindən radioelektron avadanlıqların parametrləri əsaslı yoxlanılıb.

Ayrıca olaraq mobil rabitənin etibarlı və sabit fəaliyyətini təmin etmək məqsədilə ərazidə operatorlar tərəfindən mobil baza stansiyaları quraşdırılıb. Yüksək keyfiyyətli televiziya yayımımı təmin etmək üçün isə zəruri olan tezliklər ayrılıb.