UEFA Höteborqu Çempionlar Liqasının ev sahibi seçdi

 19:59 29.05.2019     408

Qadınlar arasında Çempionlar Liqasının 2020/2021 mövsümünün meydan sahibi müəyyənləşib. 

Redaktor.az.ın məlumatına görə, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Bakıdakı iclasında verilib. 

2021-ci ildə həlledici matça İsveç ev sahibliyi edəcək. Final görüşü Höteborqun “Qamla Ullevi” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, Höteborq yeganə namizəd olub və ev sahibliyi Bakıda təsdiqlənib. 

Vumart və Güvən reklamı Vumart Güvən