Rusiyalı milyarder Roman Abramoviç Bakıya gəlib

 21:03 29.05.2019     370

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç Bakıya gəlib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, rusiyalı milyarder Avropa Liqasının Bakı Olimpiya Stadionunda “Arsenal”la final görüşünü canlı izləyəcək.

O, Bakıda həlledici oyundan öncə komandası ilə görüş də keçirib. 

Qeyd edək ki, rusiyalı 2003-cü ildən London klubunun sahibidir.