Məşhur futbolçudan rəqibinə qarşı ÇİRKİN HƏRƏKƏT

 00:09 30.05.2019     402

Məşhur Braziliyalı futbolçu Neymar idmançıya yaraşmayan hərəkəti ilə gündəmə gəlib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, ulduz idmançı Braziliya yığmasının məşqi zamanı komanda yoldaşı 19 yaşlı Vevertona qarşı aqressiv davranış sərgiləyib. Top uğrunda mübarizı zamanı Vevertona məğlub olan Neymar rəqibini əliylə dartaraq nümayişkəranə şəkildə yerə sərib. Etdiyi çirkin hərəkətdən sonra üzr istəməyən Neymar rəqibinin yanından uzaqlaşıb.

Rüfət Xəlil / Redaktor.az