"Çelsi" və "Arsenal" arasında keçirilən Avropa Liqasının finalı BAŞA ÇATDI / Yenilənib

 01:01 30.05.2019     406

UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Redaktor.az bildirir ki, görüş "zadəganlar"ın inamlı qələbəsi ilə başa çatıb. İlk hissədə hesab açılmasa da, ikinci 45 dəqiqədə qapılara 5 qol vurulub. 

Bu, matçda sonuncu qol olub. Nəticədə “Çelsi” mövsümü titulla başa vurub. “Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokuna sahib olublar. 

***

Avropa Liqasının Bakıda keçirilən finalında hesab dəyişib. 

Redaktor.az xəbər verir ki, "Arsenal" "Çelsi" ilə görüşdə fərqi azaldıb. 

"Topçular"ın heyətində Aleks İvobi baxımlı qola imza atıb - 1:3.

***

00:14

Avroliqa turnirinin Bakıda keçirilən final matçında ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, İngilis klubları "Çelsi" və "Arsenal"ın duelində ikinci hissə qolla başlayıb. "Çelsi"nin fransalı hücumçusu Olivye Jiru klubunu önə keçirib.

***

23:47

Futbol üzrə Avroliqa turnirinin Bakıda keçirilən final oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, İngiltərənin "Çelsi" və "Arsenal" klublarının duelində ilk hissədə qapılara qol vurulmayıb.

Qeyd edək ki, matç Bakı Olimpiya Statdionunda keçirilir.

***

23:01

Bakı Olimpiya Stadionunda 23:00-da UEFA Avropa Liqasının final qarşılaşması başlayıb.

Redaktor.az bildirir ki, final matçında iki İngiltərə təmsilçisi – “Arsenal” və “Çelsi” qarşılaşır.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir.

Rüfət Xəlil / Redaktor.az