Bakıda Avropa Liqasının qalibi olan "Çelsi" mükafatlandırılıb

 01:44 30.05.2019     366

Avropa Liqasının Bakıda keçirilən final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib. 

Redaktor.az ONA-ya istinadən bildirir ki, tədbir həlledici görüşü idarə edən hakimlərə xatirə medalı ilə verilməsi ilə başlayıb. 

Ardınca finalda məğlubiyyət acısı yaşayan "Arsenal"a xatirə mükafatları verilib. 

Yekunda "topçular"a 4:1 hesabı ilə qalib gələn "Çelsi" fəxri kürsüyə yaxınlaşıb. Onlar medallarını aldıqdan sonra çəkisi 15 kq olan Avropa Liqasının kuboku ilə də mükafatlandırılıblar.  

Qeyd edək ki, hər iki komandaya 40 medal verilib.