Avropa çempionu Rikardu Kuarejma Bakıya gəlib

 15:12 30.05.2019     400

Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıya gəlib. 

Redaktor.az report.az-a istinadən xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. O, 36 yaşlı yarımmüdafiəçinin nazir Azad Rəhimovla görüşəcəyini bildirib. 

Qeyd edək ki, Rikardu Kuarejma 2009-2010 mövsümündə İtaliya "İnter"inin heyətində Çempionlar Liqasını, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub.