Eddi İsrafilov Azərbaycan yığmasının bu oyunlarında iştirak etməyəcək
AVRO-2020-nin seçmə oyunlarına hazırlığını Bakıda davam etdirən futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Redaktor.az-ın report.az-a istinadən verdiyi məlumata görə, klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilovmillinin toplanışında iştirak edə bilməyəcək. Komandaya əlavə futbolçu dəvət olunmayacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.












