Antonio Konte "İnter" klubunda

 02:19 31.05.2019     459

"İnter"in yeni baş məşqçisi müəyyənləşib.

Redaktor.az Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu vəzifəyə Antonio Konte təyin edilib. Klub rəhbərliyi dünən 49 yaşlı mütəxəssislə görüşüb və müqavilənin son detallarını müzakirə edib.  Konte ilə 3 illik müqavilə imzalanıb. Onun yeni klubunda ilinə 9 milyon avro qazanacağı bildirilib.

"İnter"in bu keçidi yaxın saatlarda rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, A seriyası təmsilçisi bu gün baş məşqçisi Luçano Spalettini istefaya göndərib.