Tanınmış futbolçu Bakıda: Nazir diplom verdi

 11:55 31.05.2019     482

Bakıda səfərdə olan Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.

Redaktor.az report.az-a istinadən xəbər verir ki, görüşdə A.Rəhimovla yanaşı, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və "Beşiktaş" fanatları iştirak ediblər.

Nazir portuqaliyalı yarımmüdafiəçini salamlayıb və futbolçunun gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirib.

O, UEFA Avropa Liqasının finalının yüksək səviyyədə keçdiyini və ölkəyə gələn qonaqların yaradılan şəraitdən razı qaldığını qeyd edib.

Daha sonra Kuerajma Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplomla təltif olunub.

Vumart və Güvən reklamı Vumart Güvən