"Sabah" klubu ilk yay transferini həyata keçirib

 15:58 31.05.2019     475

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Redaktor.az-ın məlumatına görə, Cavid Tağıyev bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 

26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Karyerası ərzində “Turan”, AZAL, “Qarabağ” və “Zirə”də çıxış etmiş yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub. 

Qeyd edək ki, C.Tağıyev Azərbaycan millisində 2 oyun keçirib.

Vumart və Güvən reklamı Vumart Güvən