Azərbaycan qılıncoynadanı Avropa çempionu oldu
Azərbaycan təmsilçisi Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatının qalibi olub.
Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, sablyaçı final görüşündə italiyalı Lusia Lukarinini məğlub edərək qızıl medal qazanıb.
O, həlledici dueldə rəqibini 15:12 hesabı ilə üstələyib.












