Çempionlar Liqasının finalında yarıçılpaq qız meydana çıxdı - Oyun dayandı / VİDEO
Çempionlar Liqasının İspaniyanın paytaxtı Madriddə keçirilən final oyununda xoşagəlməz hadisə yaşanıb.
Redaktor.az-ın ona.az-a istinadən məlumatına görə, “Tottenhem”lə “Liverpul” arasında qarşılaşma meydana azarkeş daxil olduğu üçün 18-ci dəqiqədə dayandırılıb.
Yarımçılpaq xanım azarkeşin bu hərəkəti baş hakim sloveniyalı Damir Skominanı belə addım atmağa məcbur edib. Təhlükəsizlik xidməti tezliklə fanatı meydandan kənarlaşdırıb və oyun davam etdirilib.
Qeyd edək ki, matçda "Liverpul" 1:0 hesabı ilə öndədir.












