"Liverpul" Çempionlar Liqasının qalibi oldu

 03:15 02.06.2019     443

İyunun 1-də UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, final qarşılaşması İspaniyanın paytaxtı Madrid şəhərindəki “Vanda Metropolitano” stadionunda iki ingilis klubu – “Tottenhem Hotspur” və “ Liverpul” arasında oynanılacaq.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi Damir Skomina olacaq.

Qeyd edək ki, bu turnirin sonuncu qalibi İspaniyanın “Real Madrid” klubu olub.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

“Tottenhem Hotspur” və “ Liverpul” arasındakı görüş başladı.

***

"Liperul" matçın 2-ci dəqiqəsində Salahın penaltidən vurduğu qolla komandasını hesabda önə keçirdi: 1-0.

***

"Liverpul" matçın son dəqiqələrində daha bir qol vuraraq "Totenhem"ə 2-0 qalib gəldi. Bununla "Liverpul" 2018/2019 mövsümünün qalibi oldu.

Vumart və Güvən reklamı Vumart Güvən