“Zirə” Vüqar Mustafayevlə yollarını ayırıb

 15:48 03.06.2019     372

“Zirə” daha bir futbolçu ilə yollarını ayırıb. 

Redaktor.az-ın məlumatına görə, Bakı təmsilçisi Vüqar Mustafayevlə müqaviləni yeniləməyib. 

Yarımmüdafiəçi artıq komandadan ayrılıb. 

Qeyd edək ki, Mustafayev 2016-cı ildən “Zirə”nin şərəfini qoruyurdu. O, komandanın heyətində meydana çıxdığı 89 oyunda 1 dəfə fərqlənib.