Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb

 16:53 03.06.2019     393

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin səfərdə Lixtenşteyn yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb. 

Redaktor.az-ın report.az-a istinadən verdiyi məlumata görə, qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Tim Marşalla yan xətt hakimləri - Pol Robinson və Stiven Donaldson köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Şeyn Endryus yerinə yetirəcək. 

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan qarşılaşması iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda keçiriləcək.