"Qrizmannı yox, Neymarı alın" - Messidən məsləhət

 11:50 04.06.2019     363

"Barselona"nın futbolçusu Lionel Messi Amerika kuboku üçün Argentina millisinin düşərgəsinə yola düşməzdən əvvəl klub rəhbərliyi ilə görüşüb.

Redaktor.az-ın Qol.az-a istinadən məlumatına görə, görüş vaxtı o, "Atletiko"nun futbolçusu Antuan Qrizmannın Kataloniya təmsilçisinə mümkün transfer ilə bağlı mövqeyini açıqlayıb. Argentinalı hücumçu yenə də fransalı oyunçunun "Barsa"ya keçidinə narazı olub. Çünki Qrizmannın ötən yay Kataloniya klubunun təklifinə baxmayaraq, "Atletiko"da qalmağa qərar verməyi  onun xoşuna gəlməyib.

Messi Qrizmannın yerinə PSJ-nin hücumçusu Neymarı komandaya qaytarmağı daha düzgün hesab edib.

Qeyd edək ki, Qrizmann bu yay "Atletiko"dan ayrılacağını yazıb. Onunla "Barselona" və "Mançester Yunayted"in maraqlandığı iddia olunur.