Luka Yoviç "Real"da - Rəsmi

 17:02 04.06.2019     625

“Ayntraxt”ın hücumçusu Luka Yoviçin “Real”a keçidi rəsmiləşib.

Redaktor.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bundesliqada ötən mövsümün bombardirlərindən olan serbiyalı forvardla 6 illik müqavilə imzalanıb. “Real”ın Yoviçə görə “Ayntraxt”a 60-70 milyon avro aralığında təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, 21 yaşlı futbolçu  “Ayntraxt”a “Benfika”dan keçmişdi. O, başa çatan mövsümdə 17 qol vuraraq komandasının bombardiri olub.

 

Vumart və Güvən reklamı Vumart Güvən