La Liqada qalmaqal - 7 futbolçu oyun alqı-satqısında şübhəli bilinir

 19:06 04.06.2019     397

İspaniya polisi La Liqanın son turunda keçirilən "Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırma aparır. 

Redaktor.az Qol.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin 7 futbolçusu oyun alqı-satqısında  şübhəli bilinir.  

Futbolçuların "Valyadolid"in hər iki hissədə məğlubiyyətinə pul qoyuluşu etdikləri, 10 min avro məbləğində mərcə girərək, nəticədə bu məbləğin 2 qatını qazanıqları bildirilir.

Qeyd edək ki, qarşılaşma "Valensiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.