"Mançester Yunayted"ə baş məşqçi lazımdırsa, mən hazıram" - Maradona

 09:48 05.06.2019     341

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İngiltərə Premyer Liqasında işləmək istəyir.

Redaktor.az-ın Qol.az-a istinadən məlumatına görə, təcrübəli mütəxəssis "Mançester Yunayted"i çalışdırmaq arzusundadır. O, mankunyanların sükanı arxasına keçməyə hazır olduğunu bildirib:

"Əgər "Mançester Yunayted"ə baş məşqçi lazımdırsa, mən hazıram. Bilirəm ki, onlar bütün dünyaya forma satırlar. Ancaq titul da qazanmaq lazımdır. Mən bunu edə bilərəm. Bu, mənim sevimli komandamdır".

Qeyd edək ki, hazırda "Mançester Yunayted"i Ole-Qunnar Sulşer çalışdırır.