Finalda meydana girən qız cərimə ödəyəcək
Çempionlar Liqasının "Tottenhem" və "Liverpul" komandaları arasında Madriddə keçirilən final oyunda yarıçılpaq vəziyyətdə meydana girən amerikalı model Kinsi Volanski cərimələnəcək.
Redaktor.az-ın KP-yə istinadən yaydığı xəbərə görə, cazibədar xanım 15 min avro məbləğində cərimə ödəməli olacaq. Buna səbəb Volanskinin bu addımının reklam xarakteri daşımasıdır. Onun üzərində "VitalyzdTV" yazılan geyimdə meydana daxil olmasından sonra sözügedən telekanalın 3.5 milyon avro gəlir götürdüyü iddia olunur.
Rüfət Xəlil / Redaktor.az












