UEFA-dan məşhur türk hakimə təyinat

 03:23 06.06.2019     375

Məşhur türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.

Redaktor.az-ın Türkiyə mediasına istinadən yaydığı xəbərə görə, o, D qrupunun Danimarka - İrlandiya görüşünün baş hakimi olacaq. 

Qeyd edək ki, qarşılaşma iyunun 7-si keçiriləcək.

Rüfət Xəlil / Redaktor.az