Əliş Nəzərov ağır atletika üzrə dünya birinciliyində çıxış edib

 14:32 06.06.2019     393

Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.

Ağır Atletika Federasiyasından Redaktor.az-a verilən məlumata görə, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxıblar.

Kişilər arasında mübarizəyə Əliş Nəzərov qoşulub. O, 102 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 318 kq (143+175) nəticə ilə 7-ci yeri tutub.