Dünya çempionu futbola qayıdır

 21:12 06.06.2019     351

“Yuventus"un prezidenti Andrea  Anyelli komandanın sabiq futbolçusu Andrea Pirlonu kluba qaytarmaq istəyir.

Redaktor.az Qol.az-a istinadən xəbər verir ki, “maestro”ya klubun aşağı yaş qrupları üzrə komandalarının birində məşqçi işləmək təklif edilib.

Həmçinin, veteran yarımmüdafiəçinin komandaya baş məşqçi təyin olunacağı deyilən Mauritsio Sarrinin köməkçisi olacağı da iddia olunur.

Qeyd edək ki,  2011-2015-ci illərdə “Yuventus”da çıxış edən 39 yaşlı Pirlo artıq məşqçilik lisenziyasını alıb.