"Milan"da yeni baş məşqçi

 23:53 06.06.2019     325

"Milan"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Redaktor.az-ın Rusiya mediasına istinadən yaydığı xəbərə görə,  klub "Sampdoriya"nın çalışdırıcısı Marko Campaolo ilə razılığa gəlib. Onunla 2 illik müqavilə imzalanacaq. 51 yaşlı mütəxəssis yeni klubunda illik 2 milyon avro qazanacaq.

Qeyd edək ki, "Milan" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.