"Mançester Yunayted"dən ilk transfer

 01:47 07.06.2019     308

“Mançester Yunayted” yeni mövsüm öncəsi ilk transferini həyata keçirmək üzrədir.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki,  "Yunayted"  “Suonsi”dən Daniel Ceymsi heyətinə cəlb edir.

21 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə tibbi müayinədən keçəcəyi bildirilir. “Mançester Yunayted”in bu tranfer üçün qarşı tərəfə 17 milyon avro ödəyəcəyi bildirilir.

Rüfət Xəlil / Redaktor.az