Amerikalı milyarder "Fiorentina" futbol klubunu alıb

 07:38 07.06.2019     343

İtaliyalı əsilli Amerika milyarderi Rokko Kommisso "Fiorentina" futbol klubunu alıb.

Redaktor.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kommisso Florensiya təmsilçisinə 2002-ci ildən rəhbərlik edən Andrea Della Valleni əvəzləyib.

O, "Mediacom" şirkətinə rəhbərlik edir. "Forbes" Kommissonun 4,8 milyard dollar əmlaka sahib olduğunu bildirir. Bu sahibkara idman aktivlərindən MLS-də çıxış edən "Nyu-York Kosmos"un səhmlərə nəzarət paketi məxsusdur.