Afrikalı futbolçu Azərbaycan klubundan təklif alıb

 13:40 07.06.2019     406

Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" komandasının futbolçusu Hendrik Eksteyn Azərbaycandan təklif alıb.

Redaktor.az-ın report.az-a istinadən verdiyi məlumata görə, bu barədə 28 yaşlı yarımmüdafiəçinin agenti Paleza Mxize açıqlamasında bildirib. O, komandanın adını müqavilə bağladıqları vaxt açıqlayacağını söyləyib. 

Agenti Eksteynə yerli klublardan da təklif olduğunu və yalnız seçim etdiyi vaxt konkret ad çəkəcəyini vurğulayıb: "Xaricdən gələn təklifləri dəyərləndirməmişdən əvvəl biz ölkədaxili variantlara baxacağıq. Çünki Eksteynin ailəsi var və uşağı çox balacadır. Yaxşı olardı ki, müştərim burada qalsın. Bu, alınmasa, xaricə üz tutacağıq. Amma bu, futbolçunun alacağı məvacibdən asılı olacaq".

Qeyd edək ki, Hendrik Eksteyn "Kayzer Çifs"də 2014-cü ildən çıxış edir. O, ötən mövsüm 19 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.