Azərbaycan – Macarıstan matçında qonaqlar favoritdir

 17:33 07.06.2019     379

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Macarıstan oyununun favoriti açıqlanıb. 

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, sabah III tur çərçivəsində Bakıda keçiriləcək görüşdə qonaqlar şanslı hesab olunur. 

Belə ki, Azərbaycanın qələbəsini 3,90 əmsalla qiymətləndirən bukmeykerlər macarların paytaxtımızda qalib gəlməsinə 2,14 əmsal veriblər. Qarşılaşmanın heç-heçə bitməsinin əmsalı isə 3,30-dur. 

Qeyd edək ki, “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.