"Qarabağ" ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

 18:07 07.06.2019     347

Ağdamın "Qarabağ" klubu futbolçusu Miçellə yeni müqavilə imzalayıb.

Redaktor.az-ın klubun saytına istinadən məlumatına görə, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il əyalət təmsilçisinin formasını geyinəcək.

Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb. 

2015-ci ildən “Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, Ağdam klubu bir müddət əvvəl Qara Qarayevlə də müqaviləni yeniləyib.